65-ci Beynəlxalq Berlin Film Festivalı başlayır

65-ci Beynəlxalq Berlin Film Festivalı başlayır Festival 10 gün davam edəcək
İncəsənət
4 Fevral , 2015 23:29
65-ci Beynəlxalq Berlin  Film Festivalı başlayır

Bakı. 4 fevral. REPORT.AZ/ Fevralın 5-də Almaniyanın paytaxtı Berlində 65-ci Beynəlxalq Berlin Film Festivalı öz işinə başlayır.

"Report" xəbər verir ki, festival fevralın 15-dək davam edəcək.

Sabah saat 20.45-də başlanacaq Beynəlxalq Film Festivalının açılışı "Nobody Wants the Night" filminin nümayişi ilə olacaq.

Festivalda "Qızıl Ayı" və "Gümüş Ayı" mükafatlarını qazanan filmlərin adları açıqlanacaq.

72 ölkədən 441 filmin nümayiş ediləcəyi Beynəlxalq Festivalda 19 film "Qızıl Ayı" və "Gümüş Ayı" mükafatları uğrunda yarışacaq.

Festivalın son mükafatlandırılma günü fevralın 14-də baş tutacaq.

Fevralın 15-də 65-ci Beynəlxalq Berlin Film Festivalı başa çatacaq

Son xəbərlər

Orphus sistemi