57-ci "Qremmi" mükafatına namizədlərin adları açıqlanıb

57-ci "Qremmi" mükafatına namizədlərin adları açıqlanıb Mükafata iddialılar sırasında Beyons, Sam Smit və Farel Vilyams da var
İncəsənət
6 Dekabr , 2014 19:01
57-ci Qremmi mükafatına namizədlərin adları açıqlanıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Musiqi dünyasının önəmli mükafatları arasında yer alan "Qremmi"yə namizədlərin adları açıqlanıb. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu il 57-cisi təşkil ediləcək mükafatın iddialıları sırasında Beyons, Sam Smit və Farel Vilyams da yer alıb.

Namizədləri mərkəzi Kaliforniyanın Santa Monica şəhərində yerləşən The Recording Academy (The National Academy of Recording Arts & Sciences (NARAS)) adı ilə tanınan qurumun üzvü olan musiqiçilər, prodüserlər, qeydiyyat mühəndisləri kimi bilinən səlahiyyətlilər təyin ediblər.

Builki mükafatlarda Beyons, S.Smit və F.Vilyams 6 kateqoriya üzrə namizəd seçiliblər. İqqi Azaliy, EriK Çörç, Tom COYNE, Drake, Qordon Gudvin, Cey Z, Miranda Lambert, Sia, Uşer və Cek Vayt da dörd kateqoriyada yarışacaqlar.

Ümumiyyətlə, "Qremmi"də builki namizədlərdən bəziləri - "Morning Phase" (Bek), Beyons (Beyons), "X" (Ed Şiran), "In The Lonely Hour" (Sam Smit), "Girl" (Farel Vilyams) ilin albomu, "All about that bass" (Meghan TRAINOR), "Chandelier" (Sia), "Shake it off" (Taylor Svift), "Stay with me" (Sam Smit), "Take me to church" (Hozier) İiin mahnısı, İ.Azaliy, Bastille, Brandi Klark, Haim, S.Smit ən yaxşı yeni müğənnilər kimi sıralanıb. 

Bütün musiqi növlərində 83 kateqoriya üzrə verilən 57-ci "Qremmi" mükafatı 2015-ci il fevralın 8-də Los Ancelesdəki Staples Centerdə düzənlənəcək mərasimlə öz sahiblərini tapacaq.

Son xəbərlər

Orphus sistemi