"28 Cinema" super aksiyalar keçirir

"28 Cinema" super aksiyalar keçirir Dekabrın 17-də "Ulduzlar müharibəsi. Epizod VII: Gücün oyanışı" filminin premyerası olacaq
İncəsənət
14 Dekabr , 2015 11:34
28 Cinema super aksiyalar keçirir

Bakı. 14 dekabr. REPORT.AZ/ "28 Cinema" kinoteatrı yeni aksiyalar keçirir. "Report" xəbər verir ki, dekabrın 17-də "Ulduzlar müharibəsi. Epizod VII: Gücün oyanışı" filminin premyerası olacaq. 

Filmə öncədən bilet alan tamaşaçılar xüsusi oyuncaqlar udmaq imkanı qazanırlar.

Xatırladaq ki, ekran işi sadəcə 6 epizoddan ibarət maraqlı bir film deyil. Bu film dünya kino janrında "fantastika" adında bir janrın peydə olmağının əsas səbəkarlarından biri olub. 7-ci epizodun rejissoru Cey Adams oldu. Məhz bu amilin filmə təzə nəfəs gətirəcəyi və yeni pərəstişkar toplamaqda əsas ümidlərdən biri olacağı bildirilir. Filmdə baş rolları ifa edir: Con Boyeqa, Deyzi Ridli, Oskar Ayzek, Adam Drayver, Donal Qlison, Xarison Ford, Mark Hemill, Kerri Fişer, Maks Fon Syudov, Endi Serkis.

Qısaca film haqqında: Dart Veyder və İmperatorun ölümündən 30 il sonra Qalaktika yenə də təhlükədədir. “Yeni Qanun” birliyi başda lider Snouk və onun sağ əli Kayl Ren ilə İmperiyanın əməllərini təkrar etməklə hakimiyyəti ələ almaq istəyirlər. Bu çətin vəziyyətdə qismət Rey və Finni-ni imperiya dövrünün qəhrəmanları olan Xan Solo, Çubakka və şahzadə Ley ilə görüşdürür. Birlikdə onlar “Yeni Qanun”a qarşı mübarizə aparmalıdırlar, lakin vəziyyət elə gətirir ki, yalnız ceday Kayl Renn və Snouka qarşı mübarizə apara bilər. Bununla Qalaktikada yalnız bir nəfər sağ qalacaq.

Müsabiqə haqqında daha ətraflı məlumatı "28 Cinema"nın korporativ saytında və ya rəsmi "facebook" səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi