Yuxarı
    Bağlamaq

    Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar "28 Cinema”da film nümayiş etdiriləcək

    Filmin nümayişi pulsuzdur

    Bakı, 11 dekabr. REPORT.AZ/ “28 Cinema” kinoteatrı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar olaraq Vaqif Mustafayevin çəkdiyi “Patriot” qısametrajlı sənədli filmini nümayiş etdirəcək.

    "Report" xəbər verir ki, “Patriot” filmini rejissor Vaqif Mustafayev 2004-cü ildə çəkib.

    Yeni çəkilən film Vaqif Mustafayevin dahi liderə həsr etdiyi 9-cu filmidir.

    Filmin məzmunu Heydər Əliyevin Azərbaycan SSR KP-nin birinci katibi seçilməsindən sonrakı ilk illərini əhatə etməsindən bəhs edir.

    Dekabrın 12-də saat 11:00-da göstəriləcək filmin nümayişi pulsuzdur.


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi