Yuxarı

“28 Cinema”da Azərbaycan istehsalı olan yeni komediya nümayiş olunacaq

“Oğlan evi: Azərbaycansayağı qarət” filminin nümayişinə dekabr ayının 3-dən etibarən başlanılacaq

Bakı. 26 noyabr. REPORT.AZ/ “28 Cinema”da Azərbaycan istehsalı olan yeni komediya filmi nümayiş olunacaq. “Report” xəbər verir ki, “Oğlan evi: Azərbaycansayağı qarət” filminin nümayişinə dekabrın 3-dən etibarən başlanılacaq.

Filmin rejissoru İlham Qasımov, baş rolun ifaçıları Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyevdir. Filmdə Abbas Qəhrəmanov, Elşən Hacıbabayev, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov və aparıcılar - DJ Fateh və Mətanət Əliverdiyeva çəkilib.

Filmdə hadisələr paytaxt Bakıda cərəyan edir. İşbazlar 3 nəfərə eyni mənzili satır və zərərçəkənlər pullarını geri almağa müvəffəq olmadıqlarından, qəribə bir plana əl atır.

Qeyd edək ki, biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi