Yuxarı

"28 Cinema"da "Aclıq oyunları: Alaycı quş. Hissə 2" filminin premyerası olacaq - VİDEO

Film ümumdünya premyerasına iki gün qalmış qapalı nümayiş ediləcək

Bakı. 17 noyabr. REPORT.AZ/ "28 Cinema" "Aclıq oyunları: Alaycı quş. Hissə 2" filminin ümumdünya premyerasına iki gün qalmış qapalı nümayişini təşkil edir.

"Report" xəbər verir ki, film, Syuzen Kollinzin eyni adlı möhtəşəm əsərinin sonuncu - 4-cü hissəsi əsasında çəkilib.

Filmin rejissyoru bundan öncə də artıq 2 seriyaı çəkmiş Frensis Lourensdir.

Baş rollarda Cenifer Lourens, Liam Xemsvort, Coş Xatçerson, Vudi Xarelson, Donald Sazerlend, Culiana Mur və başqaları çəkilib.

Filmin qısa məzmunu belədir: "Panema qlobal müharibəyə qərq olub və Kitnessin sonuncu qanlı döyüşü prezident Snou ilə olacaq. Dostları Geyl, Finnik və Pitin köməyi ilə Kitness missiyanı həyata keçirmək üçün 13-cü Distriktə yola düşür. Dostlar Panema xalqını xilas etmək üçün öz həyatlarını risk altına atmağa hazırdılar, Kitness isə onu ömürlük yer üzündən silmək istəyən prezident Snou-nu öldürməyə cəhd edir. Saqanın davamı Kitness üçün hələ çox sürprizlər hazırlayıb - daha da təhlükəli tələlər, amansız düşmənlər və əlbəttə ki, insanın əllərini bəzən dəmir qandallardan belə daha bərk sıxa biləcək mənəvi dilemmalar".

"28 Cinema" noyabrın 17-də saat 19.00-da filmin qapalı nümayişini təqdim edəcək. Nümayişdə çoxlu sayda jurnalist, bloqqer, dövlət və şou-biznes nümayəndələri qatılacaq.

"28 Cinema" hər zaman olduğu kimi öz tamaşaçılarına premyeralar, yeni layihələr təqdim etməyə hazırdır!



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi