20 Yanvar faciəsinin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş etdiriləcək

20 Yanvar faciəsinin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş etdiriləcək Tamaşa yanvarın 19-da saat 19.00-da başlayacaq
İncəsənət
16 Yanvar , 2016 11:01
20 Yanvar faciəsinin ildönümü münasibətilə Qarabağnamə tamaşası nümayiş etdiriləcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Qanlı Yanvar hadisələrinin 26-cı ildönümü münasibətilə Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında "Qarabağnamə" tamaşası nümayiş etdiriləcək. 

"Report"un məlumatına görə, tamaşa yanvarın 19-da saat 19.00-da başlayacaq. 

1999-cu ildən teatrın repertuarında yer alan tamaşanın quruluşu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Musiqi tərtibatı Həmid Kazımzadəyə aiddir.

"Qarabağnamə" əsərində rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Ramiz Məlik, Hacı İsmayılov, Ramiz Novruz, Əjdər Həmidov, Sabir Məmmədov, Əli Nur, Elşən Cəbrayılov, əməkdar artist Kazım Abdullayev, aktyorlar Şəhla Əliqizı, Ləman İmanova, Vəfa Zeynalova, Rövşən Kərimduxt və başqaları canlandırır.   

Son xəbərlər

Orphus sistemi