Azərbaycanın 11 şəhərindəki kinoteatrlarda "Qanlı Yanvar" filmi nümayiş etdiriləcək

Azərbaycanın 11 şəhərindəki kinoteatrlarda "Qanlı Yanvar" filmi nümayiş etdiriləcək Filmin ümumxalq nümayişinə hazırlıq işləri gedir
İncəsənət
20 Yanvar , 2015 10:29
Azərbaycanın 11 şəhərindəki kinoteatrlarda Qanlı Yanvar filmi nümayiş etdiriləcək

Bakı. 20 yanvar. REPORT.AZ/ "Bakıfilm" Kinostudiyasının istehsalı olan "Qanlı Yanvar" filminin ölkə ərazisində nümayişinə start verilib.

"Report" xəbər verir ki, filmin ümumxalq nümayişilə bağlı Bakı ilə yanaşı, bölgələrdə də hazırlıq işləri gedir.

Yanvarın 20-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Quba və ümumilikdə respublikanın 11 şəhərində filmin nümayişi olacaq.

Qeyd edək ki, "Qanlı Yanvar" filminin quruluşçu rejissoru və ssenari müəllifi Vahid Mustafayev, baş operatoru Əfşin Əlizadədir. Film 63 günə çəkilib.

Filmin yaradıcı heyəti "Qanlı Yanvar"ı bir çox ölkələrdə nümayiş etdirməyi, Beynəlxalq Film Festivallarında təmsil olunmağını nəzərdə tutub. 

Son xəbərlər

Orphus sistemi