Nazir müavini: “Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir”

Nazir müavini: “Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir” Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün alınan yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları mövcuddur. Burada söhbət elektron imza sertifikatlarının aktivləşdiriməsindən gedir. Onların aktivləşdirməsi müəyyən prosedur tələb edir.
İKT
11 Fevral , 2019 12:49
Nazir müavini: “Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir”

Bakı. 11 fevral. REPORT.AZ/ "Bu gün alınan yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları mövcuddur. Burada söhbət elektron imza sertifikatlarının aktivləşdiriməsindən gedir. Onların aktivləşdirməsi müəyyən prosedur tələb edir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. 

Nazir müavini qeyd edib ki, hazırda yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi sistemi üzərində iş gedir.

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrində olan elektron imza üçün ödənişlər mövcud qaydalara uyğun aparılacaq: "Burada əməliyyata görə ödəniş gözlənilmir. Mövcud olan yanaşma orda da tətbiq olunacaq. Yəni, sertifikatın konkret məbləği olacaq. Hazırda bu məsələlərə baxılmamaqdadır, qısa zamanda bu məsələnin həlli gözlənilir".

Son xəbərlər

Orphus sistemi