Yapon alimləri 16 mlrd. il ərzində keçən vaxtı göstərən saat hazırlayıblar

Yapon alimləri 16 mlrd. il ərzində keçən vaxtı göstərən saat hazırlayıblar Bu müddət ərzində saat işləyərkən cəmi bir saniyə səhvə yol verir
İKT
25 Fevral , 2015 13:31
Yapon alimləri 16 mlrd. il ərzində keçən vaxtı göstərən saat hazırlayıblar

Bakı. 25 fevral. REPORT.AZ/ Yaponiya alimləri 16 mlrd. il ərzində vaxtı səhvsiz göstərə bilən yüksək dəqiqliyə malik olan atom saatı hazırlayıblar. "Report" "TASS"a istinadən xəbər verir ki, bu müddət ərzində saat işləyərkən cəmi bir saniyə səhvə yol verir.

Tokio Universitetinin professoru Hidetosi Katorinin rəhbərlik etdiyi mütəxəssislər qrupunun hazırladığı yeni qurğunun əsasını lazer şüalarından ibarət optik şəbəkəyə yerləşdirilən soyudulmuş stronsium atomlarının matrisası təşkil edir. Stronsium atomlarının temperaturu Selsi üzrə mənfi 180 dərəcəyə bərabərdir. Vaxt intervalının ölçülməsi kəmiyyətini bu kimyəvi elementin hissəcikləri ilə sərf edilən işıq tezliyi həyata keçirir. Yeni texnologiyalar gözlənilməz dəqiqliyə nail olmağa və hazırda bu göstərici üzrə tətbiq edilən “etalon” saatları min dəfədən çox ötməyə imkan verir.

Yaponiya alimlərinin kəşfi Yerin qravitasiya sahəsinin ölçülməsi üçün istifadə oluna bilər. Zamanın gedişi qravitasiya potensialının yüksək olduğu yerlərdə zəifləyir. Bu yolla əldə olunan informasiya insanın Yer qabığında baş verən proseslər barədə biliyini xeyli artırmağa, eləcə də təbii fəlakətlər haqqında proqnozları daha dəqiqliklə verməyə imkan verəcək.

Bundan başqa, yeni texnologiyalar faydalı qazıntıların axtarışı üçün də faydalı olacaq. Onları qlobal mövqe sistemlərində də tətbiq etmək mümkündür. H.Katorinin sözlərinə görə, o və onun həmkarları ümid edirlər ki, yaxın gələcəkdə beynəlxalq vaxtın ölçülməsi standartlarına yenidən baxılacaq.

Son xəbərlər

Orphus sistemi