Yanvarda “Elektron hökumət” portalına 99 min nəfər müraciət edib

Yanvarda “Elektron hökumət” portalına 99 min nəfər müraciət edib Portal üzərindən təqdim edilən xidmətlərin sayı 406 olub
İKT
10 Fevral , 2015 14:47
Yanvarda “Elektron hökumət” portalına 99 min nəfər müraciət edib

Bakı. 10 fevral. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.

“Report” xəbər verir ki, statistik uçotun aparıldığı vaxtdan, yəni 2012-ci ilin dekabrından 2015-ci il yanvarın 31-dək portala ümumilikdə 3 935 775 daxilolma (1 203 760 nəfər) qeydə alınıb. Həmin dövrdə 7 244 687 dəfə elektron xidmətlərə müraciət edilib. Portala müraciət edənlərin 30,7%-ni yeni istifadəçilər, 69,3%-ni təkrar müraciət edənlər təşkil edib.

Yanvar ayının statistikasına görə, bu dövrdə portala 321 min daxilolma qeydə alınıb. Müraciət edənlərin sayı isə 98 640 nəfər olub. Cari ilin ilk ayı ərzində portala müraciət edənlərin 20,5%-ni yeni istifadəçilər, 79%-ni isə təkrar müraciət edənlər təşkil edib. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 406 olub.

Qeyd edək ki, portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 178 378-ə çatıb. Ölkədə yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər.

Son xəbərlər

Orphus sistemi