Yuxarı

​“Xalq kompüteri” layihəsi çərçivəsində təqdim olunan kompüterlərin çeşidi artıb

Layihənin operatoru bu işi daha da təkmilləşdirib

Bakı. 10 mart. REPOERT.AZ/ “Xalq kompüteri” layihəsinin operatoru olaraq “BestComp Group” şirkəti layihəni daha da təkmilləşdirib. "Report" xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, layihəyə müasir dövrün tələblərinə cavab verən, yeni noutbuk və personal kompüter modelləri daxil edilib.

Bu modellər də lisenziyalı “Windows 8.1 Pro” proqramı, “Microsoft Office 2013 Pro” ofis proqramı, eləcə də “DR.WEB” antivirus proqramı ilə təchiz olunub.

Xatırladaq ki, “Xalq kompüteri” layihəsi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən “HP” və “Microsoft” şirkətləri ilə birgə 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi