Xaçmazda genişzolaqlı şəbəkənin tətbiqinin artırılması ilə bağlı pilot layihə yekunlaşır

Xaçmazda genişzolaqlı şəbəkənin tətbiqinin artırılması ilə bağlı pilot layihə yekunlaşır Elektron ATS-lər müasir “Multi-Servis Access Node” tipli avadanlıqlarla əvəz edilib
İKT
27 Oktyabr , 2017 15:55
Xaçmazda genişzolaqlı şəbəkənin tətbiqinin artırılması ilə bağlı pilot layihə yekunlaşır

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC regionlarda telekommunikasiya infrastrukturunun son texnologiyalar əsasında yenidən qurulması işlərini aparır.

“Report” xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, genişzolaqlı şəbəkənin tətbiqinin artırılması üçün Xaçmazda həyata keçirilən pilot layihə tamamlanmaq üzrədir. Reallaşdırılan irimiqyaslı layihə nəticəsində sabit genişzolaqlı şəbəkədə internetdən istifadə sürətinin artırılması məqsədi ilə bütün rayon ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulub, köhnə avadanlıqlar müasirləri ilə əvəz edilib. Müştərilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi üçün şəbəkənin modernləşdirilməsi istiqamətində lazımi işlər artıq tamamlanıb.

Elektron ATS-lər müasir “Multi-Servis Access Node” (Çox-Xidmətli Qoşulma Avadanlığı) tipli avadanlıqlarla əvəz edilib. Quraşdırılmadan sonra şəbəkədə montaj tutumu 30%-dən çox artaraq, müştərilərə 2 dəfədən çox internet xidmətlərindən yararlanmağa imkan yaradıb.

Hazırda yeni quraşdırılmış ONU avadanlıqlarının daxili xətt şəbəkələrində tikinti genişləndirmə işləri aparılır. Xaçmaz və Xudat ərazisində yerləşən yeni 8 yaşayış məntəqəsinə ilk telekommunikasiya xətləri çəkilib. Bu ərazilərdə 600-dən çox dirək basdırılıb, ümumilikdə 40 km-ə qədər kabel çəkilib. İşlər başa çatdırıldıqdan sonra əlavə 1500-ə yaxın abunəçinmin telefon və yüksək sürətli internet xidmətinə olan tələbatının ödənilməsinə imkan yaradılacaq.

Layihə ilə bağlı “Aztelekom” MMC-nin Marketinq şöbəsinin rəisi Emin Quliyev bildirib ki, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin və çeşidinin artırılması üçün yeni texnologiyalar tətbiq edilir, rabitə şəbəkəsi yenidən qurularaq müasirləşdirilir: “Xaçmazda görülən kompleks işlər nəticəsində müasir avadanlıqların quraşdırılması ilə müştəriyə qədər olan məsafə azaldılmışdır. Bu da yüksək sürət və keyfiyyəti təmin etməyə, gələcəkdə isə digər multimedia xidmətlərin də göstərilməsinə imkan yaradır. Həyata keçirilən layihə regionlarda geniş zolaqlı internet xidmətlərin inkişafı tədbirlər planının bir hissəsidir. Bundan başqa, Xaçmazdakı internet müştərilərimizin rahatlığı üçün pilot layihə olaraq öncədən ödəniş və gündəlik hesablaşma ödəniş sistemi tətbiq edilib. Əhatə dairəsinə gəldikdə isə - genişləndirmə işləri nəticəsində əlavə 8 məntəqə xidmət ərazimizə əlavə olunub”.

Son xəbərlər

Orphus sistemi