Yuxarı

“WhatsApp” yeni funksiya tətbiq edib

Bakı. 4 fevral. REPORT.AZ/ “WhatsApp” “Apple” istifadəçiləri üçün yeni mühafizə sistemi tətbiq edib.

“Report” xəbər verir ki, İOS üçün yeni buraxılan paket “Touch İD” və ya “Face İD” vasitəsilə mesenceri açmaq imkanını verir. Beləliklə, hətta başqasının telefonuna girməklə də “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

Bunun üçün yeni mesencer versiyasının izahatında göstərildiyi kimi, “Parametrlər” - “Qeydiyyat” - “Məxfilik” əmrini verib ekranın kilid düyməsinə toxunmaq lazımdır.

Sözügedən mühafizə sistemi istənilən vaxt işə salına və söndürülə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi