“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur

“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur Dünyada 2 milyarddan çox istifadəçisi olan populyar mesajlaşma tətbiqi “WhatsApp” internet istifadəsinin artması səbəbi ilə serverlərdə yaşanan sıxlığı azaltmaq üçün videoların yerləşdirilməsinə məhdudiyyət qoyacaq.
İKT
29 Mart , 2020 14:59
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
0 : 00
0 : 00

Dünyada 2 milyarddan çox istifadəçisi olan populyar mesajlaşma tətbiqi “WhatsApp” internet istifadəsinin artması səbəbi ilə serverlərdə yaşanan sıxlığı azaltmaq üçün videoların yerləşdirilməsinə məhdudiyyət qoyacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra mesajlaşma tətbiqinə 15 saniyədən uzun olan video yükləmək mümkün olmayacaq.

Qeyd edək ki, hazırda Hindistanda tətbiq olunan məhdudiyyət tezliklə “WhatsApp”ın fəaliyyət göstərdiyi bütün ölkələrdə tətbiq edilməsi gözlənilir.

Xatırladaq ki, daha öncə “WhatsApp”a yüklənən videonun müddəti 30 saniyə idi.

Son xəbərlər

Orphus sistemi