Yuxarı

"WhatsApp" istifadəçilərinin sayı rekord həddə çatıb

Əsas istifadəçilər Android proqram əlavəsi ilə daxil olanlardır

Bakı. 7 sentyabr. REPORT.AZ/ “WhatsApp” şəbəkəsi “Facebook” şirkəti tərəfindən alındıqdan sonra yeni rekorda imza ataraq aylıq aktiv istifadəçilərinin sayı 900 mln.-a çatıb.

“Report” Türkiyə mediasına istinadən bildirir ki, keçən ilin əvvəlində “Facebook”un 19 mlrd. dollar qarşılığında aldığı “WhatsApp” proqram əlavəsinin qurucusu Jan Koum “Facebook” üzərindən yaydığı məlumatda mesajlaşma xidmətinin ötən ay 900 mln. aktiv istifadəçiyə çatdığını bildirib.

Proqram əlavəsinin “Android” versiyasının 1 mlrd. dəfə yükləndiyini nəzərə alsaq, bu nəticə gözlənilən idi. Keçən ay aparılan araşdırmanın nəticəsinə görə,“WhatsApp” istifadəçilərinin 1/3-i “Android”indir, “iOS”daki istifadəçilərin yalnız 22%-i bu proqram əlavəsini istifadə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi