Yuxarı

“Whatsapp”da yeni virus peyda olub - FOTO

Mesaj şəklində gələn virus üzərinə klik etməklə yayılır

Bakı. 20 avqust. REPORT.AZ/ “Whatsapp”da yeni virus peyda olub. “Report” xəbər verir ki, “Whatsapp” ekran görüntüləri və Smayllar yenilənməsi” adı altında gələn mesajların üzərinə klik edən istifadəçilərin “Whatsapp” hesabları həmin virusa yoluxur.

Sürətlə yayılan virusun qarşısının alınması üçün “Whatsapp” istifadəçiləri diqqətli olmalıdırlar. 

Qeyd edək ki, son vaxtlar sözügedən şəbəkədə bir neçə oxşar virus növləri yayılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi