“WhatsApp” bəzi telefonlarda işləməyəcək

“WhatsApp” bəzi telefonlarda işləməyəcək “WhatsApp” mobil messenceri artıq bəzi mobil cihazlarda işləməyəcək.
İKT
31 Dekabr , 2019 11:15
“WhatsApp” bəzi telefonlarda işləməyəcək

“WhatsApp” mobil messenceri artıq bəzi mobil cihazlarda işləməyəcək.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "WhatsApp" "Windows Mobile"? iOS 7 və daha aşağı əməliyyat sistemlərindəki qurğuları dəstəkləməyəcək.

Yəni “iPhone” telefonlarının ilk modelləri - “iPhone 3G”, “iPhone 3G S”, “iPhone 4”, “iPhone 4S” cihazlarında, "Windows Phone" sistemli telefonlarda, "Microsoft" əməliyyat sisteminin onuncu versiyası ilə işləyən cihazlarda mobil messencerdən istifadə mümkün olmayacaq. Bu qadağa bu gündən etibarən tətbiq olunacaq.

2020-ci il fevralın 1-dən isə "WhatsApp" 2.3.7 və daha köhnə versiyalı "Android", 8-ci versiya da daxil olmaqla iOS sistemli cihazların sahiblərində işləməyəcək.

Qeyd edək ki, “WhatsApp” 2016-cı ildə köhnə “Nokia” və “BlackBerry” telefonlarına da dəstəyini dayandırmışdı.

Son xəbərlər

Orphus sistemi