Vahid Mürsəliyev: "Azercell Telekom" yeni mobil əlavəsi üzərində işləyir"

Vahid Mürsəliyev: "Azercell Telekom" yeni mobil əlavəsi üzərində işləyir" Bakı. 27 oktyabr. REPORT.AZ/ Azercell Telekom MMC yeni mobil əlavəsi üzərində işləyir.
İKT
27 Oktyabr , 2018 12:45
Vahid Mürsəliyev: Azercell Telekom yeni mobil əlavəsi üzərində işləyir

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Azercell Telekom" MMC yeni mobil əlavəsi üzərində işləyir".

"Report" xəbər verir ki, bunu şirkətin prezidenti Vahid Mürsəliyev jurnalistlərə açıqlamasında deyib.

V.Mürsəliyevin sözlərinə görə, hazırda şirkət daxilində bu istiqamətdə işlər davam etdirilir: "Azercell" istəyər ki, müştərilərin arzularını reallaşdırmaq üçün xidmət səviyyəsinə yönəlik bütün tələbləri gerçəkləşdirsin. Bizim də bu və bu kimi bir çox layihələriniz var, onları tezliklə gerçəkləşdirəcəyik".

"Azercell" prezidenti rəhbəri olduğu şirkətin rebranding-ə hazırlaşdığını amma, bunun tezliklə baş verməyəcəyini qeyd edib: "Bu təsisçinin qərarından asılı olan bir məsələdir və qərar təsisçilərdən asılıdır. Amma rebranding nə vaxtsa olacaq".

Son xəbərlər

Orphus sistemi