Yuxarı
    Bağlamaq

    ​Vahid Mürsəliyev "Azercell"ə prezident təyin olunub

    Azercellin prezident vəzifəsinə ilk dəfə Azərbaycan vətəndaşı təyin olunub

    Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" MMC-nin prezidenti vəzifəsinə Vahid Mürsəliyev təyin edilib. Bundan öncə o, şirkətin Hüquq və idarə işləri Departamentinin müdiri olub, eyni zamanda bu ilin yanvarından "Azercell"in prezidenti vəzifəsini icra edib.

    Şirkətdən "Report"a bildirilib ki, V.Mürsəliyev "Azercell"də 2005-ci ildən çalışır. Ötən illər ərzində V.Mürsəliyev şirkət prezidentinin baş müşaviri və Hüquq və idarə işləri Departamentinin müdiri də daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.

    "Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirib. "Azercell"in tarixində ilk dəfə azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram", - deyə operatorun əsas təsisçisi olan "TeliaSonera" şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edib.

    Qeyd edək ki, V.Mürsəliyev 2000-2001-ci illərdə ABŞ-ın "Case Western Reserve" Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparıb. Bundan əlavə, biznes menecment üzrə sertifikata malikdir. Eyni zamanda o, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi