Unikal barmaq izləri skaneri təqdim edilib

Unikal barmaq izləri skaneri təqdim edilib Ötürücü barmaq izini skan etməyə, nəticələri saxlamağa imkan verir
İKT
11 İyul , 2015 17:42
Unikal barmaq izləri skaneri təqdim edilib

Bakı. 11 iyul. REPORT.AZ/ “Synaptics” biometrik autentifikasiya sistemləri tərtibatçısı barmaq izlərinin skan edilməsi üçün yeni məhsulun istifadəyə verildiyini açıqlayıb.

“Report” xarici mətbuata istinadən bildirir ki, texnologiyanın noutbuk və digər qurğularda tətbiqi planlaşdırılır. Barmaq izlərinin tanınması üçün spesifik ötürücü təkmilləşdirilib və təhlükəsizlik sistemi sayəsində mobil ödənişlərin artımı stimullaşdırılacaq.

Ötürücü barmaq izini skan etməyə, nəticələri saxlamağa və yeni skanın qurğunun yaddaşında olan nümunə ilə uyğunluğunu yoxlamağa imkan verir.

Bildirilib ki, ötürücünün yerləşmə spesifikliyi barmaq izlərini əvvəllər olduğundan daha etibarlı saxlamağa şərait yaradır. Yaddaşda biometrik informasiyanın tanınması və yerləşməsi ilə əlaqədar bütün informasiyalar sistemin digər hissəsindən ayrıca olur. Beləliklə, kibercinayətkarlar noutbuk və ya smartfona müdaxilə etsə, onlar barmaq izlərinə daxil ola bilməyəcəklər. Biomarkerlərin skan edilməsi və saxlanılması elektronikaya ziyan vura biləcək təhlükələrdən etibarlı qoruyur.

Son xəbərlər

Orphus sistemi