"Uber" 2018-ci ildə zərərini 3,3 milyard dollara qədər azaldıb

"Uber" 2018-ci ildə zərərini 3,3 milyard dollara qədər azaldıb Bakı. 16 fevral. REPORT.AZ/ Uber taksi sifarişi xidmətinin xalis zərəri 2018-ci ilin yekununa 4,5 milyard dollardan 3,3 milyard dollara qədər azalıb.
İKT
16 Fevral , 2019 16:03
Uber 2018-ci ildə zərərini 3,3 milyard dollara qədər azaldıb

Bakı. 16 fevral. REPORT.AZ/ "Uber" taksi sifarişi xidmətinin xalis zərəri 2018-ci ilin yekununa 4,5 milyard dollardan 3,3 milyard dollara qədər azalıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" şirkətin hesabatlarına istinadən məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, bu göstəricidə Rusiya və Cənub-Şərqi Asiyada aktivlərin satışından əldə edilən mənfəət nəzərə alınmayıb.

Ötən ilin dördüncü rübündə "Uber"in gəlirləri illik müqayisədə 25% artaraq 3,02 milyard dollar təşkil edib. Rüblük xalis zərər 19,2% azalaraq 865 milyon dollara çatıb.

"Ötən il bizim üçün ən uğurlu il oldu və dördüncü rübdə servisimizin xidmətindən istifadə edənlərin sayına görə başqa bir rekord qeydə alındı", - "Uber" baş maliyyə direktoru Nelson Çay bildirib.

Son xəbərlər

Orphus sistemi