Yuxarı

Türkmənistanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb

Peyk 52 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-ın SpaceX şirkəti bu gün Türkmənistanın ilk milli telekommunikasiya peyki olan "TurkmenAlem52E" orbitə buraxıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, raket ABŞ-ın Florida ştatındaki hərbi kosmodromdan qalxdıqdan təqribən 30 dəqiqə sonra peyk raketin gövdəsindən ayrılıb.

Peyk 52 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək.

Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək yeni peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi