Yuxarı

​Türkiyənin "Doktor TV" kanalı artıq "Azerspace-1"də yayımlanır

Bu məqsədlə tərəflər arasında müqavilə imzalanıb

Bakı. 1 may. REPORT.AZ/ “Azərkosmos” ASC və Türkiyənin "Doktor TV" telekanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı "Doktor TV" artıq "Azerspace-1" peyki üzərindən yayıma keçir.

Bu haqda "Report"a "Azərkomos" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, kanalda əsasən insan sağlamlağı mövzusunda olan verilişlər nümayiş olunur. Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal olan "Doktor TV" bu gündən 11015/H/30000 tezliyi ilə yayımlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi