​Türkiyənin "Doktor TV" kanalı artıq "Azerspace-1"də yayımlanır

​Türkiyənin "Doktor TV" kanalı artıq "Azerspace-1"də yayımlanır Bu məqsədlə tərəflər arasında müqavilə imzalanıb
İKT
1 May , 2015 16:09
​Türkiyənin Doktor TV kanalı artıq Azerspace-1də yayımlanır

Bakı. 1 may. REPORT.AZ/ “Azərkosmos” ASC və Türkiyənin "Doktor TV" telekanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı "Doktor TV" artıq "Azerspace-1" peyki üzərindən yayıma keçir.

Bu haqda "Report"a "Azərkomos" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, kanalda əsasən insan sağlamlağı mövzusunda olan verilişlər nümayiş olunur. Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal olan "Doktor TV" bu gündən 11015/H/30000 tezliyi ilə yayımlanır.

Son xəbərlər

Orphus sistemi