Bakı. 10 dekabr. REPORT.AZ/ Sabahdan Türkiyədə mobil telefonlara kommersiya xarakterli SMS-lərin göndərilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Bu barədə “Report” türk mətbuatına istinadən xəbər verir.
Yeni qaydalara əsasən, şirkətlər mobil telefon istifadəçilərinə reklam SMS-lərini birbaşa göndərə bilməyəcəklər. Onlar ilk növbədə SMS yolu ilə mobil nörmə sahibindən razılıq almalıdır. Əgər icazə SMS-nə müsbət cavab verilərsə, bundan sonra hansısa məhsulun və yaxud xidmətin reklamını özündə əks etdirən SMS-lər mobil telefonlara göndərilə bilər.
Qaydalara əməl etməyən şirkətlər azı 5 min türk lirəsi (təxminən 2,5 min manat) cərimə ödəyəcəklər.