​Türkiyə üzərindən uçan təyyarələrdə mobil telefondan istifadə mümkün olacaq

​Türkiyə üzərindən uçan təyyarələrdə mobil telefondan istifadə mümkün olacaq 4 administratora səlahiyyət verilib
İKT
25 İyul , 2015 11:16
​Türkiyə üzərindən uçan təyyarələrdə mobil telefondan istifadə mümkün olacaq

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyənin Məlumat Texnologiyaları və Ünsiyyət Təşkilatı (BTK) hava nəqliyyatında mobil telefon xidmətinin təqdim edilməsi üçün 4 administratora səlahiyyət verib.

“Report” xarici mediaya istinadən bildirir ki, bununla da Türkiyə hava sahəsində 6 min metrdən yüksək hündürlükdə də mobil telefondan istifadə etmək mümkün olacaq.

Hətta Türkiyədə qeydiyyatda olmayan, lakin bu ölkənin hava sahəsindən istifadə edən təyyarələr də mobil telefon sistemindən istifadə edə biləcəklər.

Sistemdən istifadə edənlər hava nəqliyyatının qeydiyyatda olduğu ölkədən GSM 1800 mobil telefon sisteminin və əməliyyat sisteminin istifadəsi üçün icazə almalıdırlar.

Son xəbərlər

Orphus sistemi