Türkiyə şirkəti Azərbaycana investisiya yatıracaq

Türkiyə şirkəti Azərbaycana investisiya yatıracaq "Artım A.Ş." şirkəti regionda ilk ofisini Bakıda açacaq
İKT
27 Avqust , 2016 10:46
Türkiyə şirkəti Azərbaycana investisiya yatıracaq

Bakı. 27 avqust.REPORT.AZ/ ABŞ-ın komputer texnologiyaları sahəsində ixtisaslaşan "Oracle" şirkətinin Türkiyə təmsilçisi "Artım A.Ş." şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət Gürcüstan, Özbəkistan, Türkəminstan, Tacikistan, Ermənistan və Qırğızıstanda da fəaliyyət göstərmək niyyətindədir.

"İlkin mərhələdə Bakıda ofis açacağıq və bu regionda fəaliyyətə Azərbaycan və Gürcüstandan başlayacağıq. Bu 7 ölkənin bazarının həcmi təqribən 1 mlrd. dollar təşkil edir. Bu dövlətlərdə uğur qazanacağımıza inanırıq", - deyə şirkətdən bildirilib.

Şirkət əsasən dövlət qurumlarına, banklara və mobil şirkətlərə texnoloji xidmətlər təklif edəcək. "Artım A.Ş." növbəti illərdə isə mobil telefonlar sahəsində də bu ölkələrdə xidmət göstərməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi