Tezliklə "Skype Cam" sosial videoşəbəkəsi istifadəyə veriləcək

Tezliklə "Skype Cam" sosial videoşəbəkəsi istifadəyə veriləcək Əlavə artıq "Windows Phone"un əlavələr mağazasında buraxılıb
İKT
9 Fevral , 2015 11:37
Tezliklə Skype Cam sosial videoşəbəkəsi istifadəyə veriləcək

Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ-ın “Microsoft” Korporasiyası “Skype Cam” əlavəsini buraxacaq. “Report”un “Iguides”a istinadən verdiyi xəbərə görə, əlavə “Windows Phone” əməliyyat sisteminin əsasında işləməklə istifadəçilərə başqaları ilə fotoşəkil və videoçarxları göndərməyə etməyə imkan verəcək.

Fotoşəkil və ya videonu bir albomda birləşdirməklə onlardan həm istifadəçinin dostları, həm də digər şəxslər istifadə edə biləcək. “Skype Cam” əlavəsi artıq "Windows Phone” əlavələr mağazasında buraxılıb, amma ondan istifadə hələ ki mümkün olmayacaq.

Əlavə əvvəlcə “Microsoft” əməkdaşları arasında daxili sınaqdan keçiriləcək.

Son xəbərlər

Orphus sistemi