“Bakcell” və “İnnoland” əməkdaşlıq edəcək

“Bakcell” və “İnnoland” əməkdaşlıq edəcək Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün “Bakcell” MMC ilə İnnoland” inkubasiya və innovasiya mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
İKT
20 Dekabr , 2018 12:35
“Bakcell” və “İnnoland” əməkdaşlıq edəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün “Bakcell” MMC ilə "İnnoland” inkubasiya və innovasiya mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Report” xəbər verir ki, sənədi "Bakcell"in baş icraçı direktoru Nikolay Bekers və "İnnoland"ın direktoru Tağı Tağızadə imzalayıb.

N.Bekers rəhbərlik etdiyi şirkətin Azərbaycanda startaplara dəstəyini davam etdirəcəyini deyib.

T.Tağızadə isə bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda startap ekosisteminin formalaşmasında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi