Teleradio İstehsalat Birliyi ötən ili mənfəətlə başa vurub

Teleradio İstehsalat Birliyi ötən ili mənfəətlə başa vurub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Teleradio İstehsalat Birliyinin (Birlik) cəmi aktivləri bu il yanvarın 1-nə 17,738 mln. manat təşkil edib.
İKT
14 İyun , 2019 10:54
Teleradio İstehsalat Birliyi ötən ili mənfəətlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Teleradio İstehsalat Birliyinin (Birlik) cəmi aktivləri bu il yanvarın 1-nə 17,738 mln. manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,5% çoxdur. 

2018-ci ildə Birliyin uzunmüddətli aktivləri 3,5% azalaraq 13,557 mln. manata düşüb, cari aktivləri isə 28,3% artaraq 4,181 mln. manata çatıb.

Hesabat dövründə rabitə müəssisəsinin cəmi öhdəlikləri 93,2% azalaraq 122 min manat, o cümlədən uzunmüddətli öhdəlikləri 100% azalaraq 0 manat, cari öhdəlikləri isə 88,4% azalaraq 122 min manat, cəmi kapitalı isə 13,6% artaraq 17,616 mln. manat olub.

Ötən il Birliyin xidmətlərin göstərilməsindən gəliri 10,292 mln. manat (əvvəli ilə nisbətən 2,1% çox), xidmətlərinin maya dəyəri 7,368 mln. manat (2,9% az), inzibati xərcləri 2,175 mln. manat (25,7% az), sair gəlirləri 5 min manat (98,6% az), məzənnə fərqindən zərəri 34 min manat (təxminən 3% çox) təşkil edib. Son nəticədə qurum 2018-ci ili 720 min manat mənfəətlə başa vurub, halbuki, 2017-ci ildən 116 min manat zərətlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi