​Teleqüllədə siqnalizasiya quraşdırılıb

​Teleqüllədə siqnalizasiya quraşdırılıb Kompleks 64 ədəd görüntü kameraları ilə təchiz edilib
İKT
30 İyul , 2015 16:48
​Teleqüllədə siqnalizasiya quraşdırılıb

Bakı. 30 iyul. REPORT.AZ/ Bakı Teleqüllə Kompleksində “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sistemi işə salınıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Teleradio” İstehsalat Birliyindən bildirilib ki, sistemdə 764 ədəd tüstüdən optik-elektron intellektual yanğınsöndürmə xəbərverici quraşdırılıb.

Kompleks -26 səviyyəsindən +70 səviyyəsinə qədər əlavə 64 ədəd görüntü kameraları ilə təchiz edilib.

Bundan əlavə, 20 ədəd müxtəlif növlü odsöndürən balon və 32 ədəd tamkomplektli bir qapılı şkaf alınaraq kompleksin mərtəbələrində su kranları olan yerlərdə quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi