Yuxarı

"Telefon nömrəsi üzrə axtarış” xidmətindən istifadə edənlərin sayı artıb

Onların sayı 66 mini keçib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Sentyabr ayında “Elektron hökumət” portalı üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ən çox istifadə olunan 6 elektron xidməti arasında ikinci yerdə “Telefon nömrəsi üzrə axtarış” xidməti qərarlaşıb.

RYTN-dən "Report"a daxil olan xəbərə görə, ötən ay portal istifadəçiləri telefon nömrəsi üzrə axtarış sisteminə 66 807 dəfə müraciət edib.

Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.

Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi