​TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

​TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq Tədbir sentyabrın 1-2-də İnçheon (Cənubi Koreya) şəhərində keçiriləcək
İKT
24 Avqust , 2015 17:05
​TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

Bakı. 24 avqust. REPORT.AZ/ BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Koreya Elm, İKT və Gələcək Planlaşdırma Nazirliyi ilə birgə Asiya-Pasifik İnformasiya Magistralı üzrə işçi qrupunun I toplantısı keçiriləcək. "Report"un məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. 

Sentyabrın 1-2-də İnçheon (Cənubi Koreya) şəhərində baş tutacaq tədbirdə bir sıra aktual İKT məsələləri müzakirə ediləcək. Azərbaycan nümayəndələrinin də sözügedən beynəlxalq tədbirdə təmsil olunması nəzərdə tutulub. Qeyd edək ki, işçi qrupunun ilk toplantısında iştirak etmək məqsədilə “EuraCA/TASİM” İdarəetmə Qrupuna rəsmi dəvət məktubu göndərilib.

Qeyd edək ki, “EuraCA/TASİM” qrupunun adı çəkilən tədbirdə iştirakına dair təklif Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev tərəfindən irəli sürülüb. Belə ki, son dövrdə XİN TASİM layihəsinə xüsusi diqqət ayırıb və xüsusilə də SPECA-TASİM-CAREC əməkdaşlığının formalaşmasında ciddi səylər göstərib.

Bundan əlavə TASİM layihəsi UN ESCAP və Asiya-Sakit okean İnformasiya Magistralı ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq UN ESCAP tərəfindən keçirilən tədbirlərdə qəbul edilən rəsmi sənədlərdə əksini tapıb.

Son xəbərlər

Orphus sistemi