Sumqayıt Texnologiyalar Parkı məhsul ixracı ilə bağlı MDB ölkələri ilə danışıqlar aparır

Sumqayıt Texnologiyalar Parkı məhsul ixracı ilə bağlı MDB ölkələri ilə danışıqlar aparır Bu ölkələrə nəqliyyat xərcləri daha az çıxa bilər
İKT
2 Dekabr , 2015 20:31
Sumqayıt Texnologiyalar Parkı məhsul ixracı ilə bağlı MDB ölkələri ilə danışıqlar aparır

Bakı. 2 dekabr. REPORT.AZ/ Gələn il Sumqayıt Texnologiyalar Parkının ərazisində yeni istehsal sahələri açılacaq. Parkın ərazisində fəaliyyət göstərən müəssisələr də rəqabətqabiliyyətli məhsullar istehsal edəcəklər. "Report" xəbər verir ki, bu barədə Sumqayıt Sənaye Parkında Biznesin inkişafı İdarəsinin reklam və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Mehman İsgəndərov məlumat verib.

M.İsgəndərov istehal olunacaq məhsullar sırasında internet kabelləri, yüksək gərginlikli kabellər (220-550 V) olduğunu deyib.

"Biz hazırda yeni müəssisələr cəlb etməyə çalışırıq. Həmçinin, fəaliyyətimizin əsas istiqaməti ixracın stimullaşdırılması ilə bağlıdır. İndi əsasən MDB ölkələri, habelə region və Xəzəryanı ölkələrlə ixracın həyata keçirilməsi üçün danışıqlar aparırıq. Bu istiqamətlərin hədəf götürülməsi əsas nəqliyyat xərclərinin daha ucuz olması nöqteyi nəzərindən üstünlük verilir", - M.İsgəndərov bildirib.

Qeyd edək ki, hazırda Sumqayıt Sənaye Parkının ərazisində 14 müəssisə və 18 istehsal sahəsi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi