"Sony" yeni smartfonunu təqdim edib

"Sony" yeni smartfonunu təqdim edib Smartfon 20,7 meqapiksellik kamera ilə təchiz olunub
İKT
22 Aprel , 2015 11:09
Sony yeni smartfonunu təqdim edib

Bakı. 22 aprel. REPORT.AZ/ Yaponiyanın "Sony" şirkəti "Xperia Z4" smartfonunu təqdim edib. Bu telefonun artıq sentyabr ayında Avropada satışına başlanılacaq.

“Report” xəbər verir ki, 5,2 düyümlük full-HD ekrana sahib olan yeni smartfon 20,7 meqapiksellik arxa kamera və 5,1 meqapiksellik ön kamera ilə təchiz edilib. Daxili yaddaşı 32 GB olan "Xperia Z4", həmçinin 3 GB yaddaşı (RAM) ilə diqqət çəkir. Qeyd olunur ki, 144 qr ağırlığı və 6,9 mm qalınlığında telefon gücünü "64 Bit 2,0 GHz Snapdragon 810" prosessordan əldə edir.

Telefon mis, qara, ağ və yaşıl rəng variantları ilə satışa təqdim ediləcək. "Sony"nın yeni smartfonu yaxın vaxtlarda Yaponiyada satışa çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi