Yuxarı

​“Sony” yeni smartfonunu sentyabrda təqdim edəcək

Şirkət bu addımla əvvəlki modeldə olan səhvləri düzəldəcəyini açıqlayıb

Bakı. 7 iyul. REPROT.AZ/ “Sony” şirkəti son istehsal etdiyi, yeni model smartfonu “Xperia Z5”i sentyabr ayında təqdim edəcək. “Report” xarici mediaya istinadən bildirir ki, şirkət bundan öncə “Xperia Z4” yerinə onun xüsusiyyətlərinə sahib olmayan “Xperia Z3+”ün təqdimatını etməklə “Sony” pərəstişkarlarını məyus edib. Şirkət yeni bir addımla əvvəlki səhvini düzəldəcəyini açıqlayıb.

Onlayn məkanda son vaxtlar “Xperia Z5”, “Xperia Z5 Compact” və “Xperia Z5 Ultra” smartfonları haqqında söz-söhbətlər yayılmağa başlayıb. Son məlumatda isə qeyd olunub ki, adı çəkilən modellərdən biri “Xperia Z5” sentyabr ayında təqdim edilən model olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi