​"Sony" şirkəti maliyyə itkiləri ilə əlaqədar mobil telefon və televizor bölmələrini satışa çıxaracaq

​"Sony" şirkəti maliyyə itkiləri ilə əlaqədar mobil telefon və televizor bölmələrini satışa çıxaracaq Martda başa çatan maliyyə ilinin 1,9 mlrd. dollar zərərlə yekunlaşacağı gözlənilir
İKT
15 Yanvar , 2015 14:54
​Sony şirkəti maliyyə itkiləri ilə əlaqədar mobil telefon və televizor bölmələrini satışa çıxaracaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Yaponiyanın "Sony" şirkətinin rəhbərliyi qurumun zərərlə işləyən mobil telefon və televizor bölmələrinin satılmasının mümkünlüyünü müzakirə edir.

"Report"un verdiyi xəbərə görə, 2013-2014-cü maliyyə ilinin yekununda "Mobile Products&Communications" və "Imaging Products&Solutions" bölmələrinin maliyyə itkiləti 1 mlrd. ABŞ dolları təşkil edib. Sonradan maliyyə göstəriciləri düzəlmədiyinə görə bu satılması və ya saxlanılması məsələsi müzakirə olunur.

Martda başa çatacaq cari maliyyə ilinin də zərərlə yekunlaşacağı gözlənilir və itkinin 1,9 mlrd. dollara çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2014-cü ilin fevralında "Sony" noutbuk istehsalı ilə məşğul olan "Vaio" bölməsini satıb, televizor bölməsini isə müstəqil şirkətə ayırıb. Struktur dəyişiklikləri nəticəsində 5 min işçi ixtisar olunub.

Son xəbərlər

Orphus sistemi