​"Sony" Dubayda sualtı mağaza açıb

​"Sony" Dubayda sualtı mağaza açıb Mağaza suyun 4 metr dərinliyində yerləşir
İKT
6 Dekabr , 2014 05:20
​Sony Dubayda sualtı mağaza açıb
Bakı. 6 dekabr. REPORT.AZ/ "Sony" şirkəti Dubayda yeni mağazasını rəsmi olaraq istifadəyə verib.

"Report" xəbər verir ki, mağaza digərlərindən suyun altında yerləşməsi ilə fərqlənir.

O, "Xperia" qurğularının sudan mühafizə qabiliyyətini nümayiş etdirmək üçün yaradılıb. Mağaza üç gün ərzində açıq olacaq və oranı yalnız KİV nümayəndələri, VİP şəxslər və "Sony"nin keçirdiyi müsabiqənin qalibləri ziyarət edə biləcəklər. Ziyarətçilər mütləq şəkildə "drayvinq" kurslarından keçməli olacaqlar.

Mağaza suyun 4 metr dərinliyində yerləşir.

Son xəbərlər

Orphus sistemi