Yuxarı
    Bağlamaq

    Son bir ildə bankların dörddə biri DDoS-hücumlara məruz qalıb

    Bu zərərin miqdarı banklar üçün orta hesabla $1,172 mln., digər müəssisələr üçün isə $952 min təşkil edib

    Bakı. 27 iyul. REPORT.AZ/ Banklar digər maliyyə təşkilatları ilə müqayisədə daha çox DDoS-hücumlara məruz qalır.

    "Kaspersky Lab" şirkətindən "Report"a daxil olan məlumata görə, bu, maliyyə sektorunun fəaliyyətinə təsir edən kibertəhlükələrlə bağlı araşdırmanın nəticələrində əks olunub. Belə ki, 2016-cı ildə bu cür insidentlə hər dörd bankdan biri qarşılaşıb (26%). Ümumiyyətlə, maliyyə təşkilatları üçün bu göstərici 22% təşkil edib. Araşdırmaya görə, DdoS-hücumların banklara vurduğu zərərin miqdarı orta hesabla $1,172 mln., digər müəssisələr üçün isə $952 min təşkil edib.

    "Zərər çəkənlərin 52%-i uzun müddət – bir neçə saatdan bir neçə günədək ictimai serverlərin əlçatmazlığı və iş keyfiyyətinin pisləşməsi ilə qarşılaşıb. 43% hallarda isə DDoS-hücumlar digər zərərli əməliyyatların maskalanması üçün istifadə olunub. Bu cür hücumların başlıca hədəfi bankların saytı olur – onlar qeydə alınmış hadisələrin yarısında hücuma məruz qalıb (49%). Lakin, bu, yeganə boşluqlu sahə deyil. Demək olar ki, elə bu qədər də respondent (48%) internet-bankinq və onlayn xidmətlərdən istifadə zamanı DDoS-hücumlarla rastlaşıb.

    "Kaspersky Lab” tərəfindən hazırlanmış “Kaspersky DDoS Prevention proqramı İnternet resurslarını, demək olar ki, istənilən mürəkkəblik və gücə malik olan DdoS-hücumlarndan effektiv və çoxsəviyyəli müdafiə sistemi ilə təmin edir. “Kaspersky DDoS Prevention”da hazırlanmış müdafiə sisteminin prinsipi ona əsaslanır ki, kanalın yüklənməsi və resursun istifadəsini çətinləşdirən bütün xoşagəlməz trafik paylaşdırılmış filtr mərkəzlərindən keçirilərək elə orada qalır. Beləliklə, qorunan resurs yalnız istifadəçilər tərəfindən qanuni sorğuları qəbul edir və hətta hücum zamanı da çalışa bilir",-  məlumatda qeyd edilib.

    Araşdırmanın nəticələri ilə daha ətraflı tanış ola bilərsiniz:https://blog.kaspersky.com/from-the-perils-to-strategies/6682/.

    *”2016-cı ildə Maliyyə kiberhücumları” araşdırması xüsusi olaraq “Kaspersky Lab” şirkəti üçün 15 ölkədən 800 maliyyə təşkilatı nümayəndəsi arasında keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi