Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Skype” və “WhatsApp”la bağlı yaranmış problemlərə aydınlıq gətirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Skype” və “WhatsApp”la bağlı yaranmış problemlərə aydınlıq gətirib Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər
İKT
3 İyun , 2017 17:07
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Skype” və “WhatsApp”la bağlı yaranmış problemlərə aydınlıq gətirib
Report

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq ölkə ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb. 

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı açıqlamada bildirilir. 

Nazirlik bəyan edib ki, həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib: “Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər”.

Son xəbərlər

Orphus sistemi