Şimali Koreya xakerləri Asiyanın ən böyük kriptobirjalarından birinə hücum ediblər

Şimali Koreya xakerləri Asiyanın ən böyük kriptobirjalarından birinə hücum ediblər Bakı. 24 avqust. REPORT.AZ/ Şimali Koreya xakerləri Asiyanın ən böyük kriptobirjalarından birinə hücum ediblər.
İKT
24 Avqust , 2018 15:04
Şimali Koreya xakerləri Asiyanın ən böyük kriptobirjalarından birinə hücum ediblər
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ Şimali Koreya xakerləri Asiyanın ən böyük kriptobirjalarından birinə hücum ediblər.

"Report"un "Laspesky Lab"ın yaydığı məlumata istinadən verdiyi xəbərə görə, "Lazarus" adlı xaker qrupu kriptobirjanın korporativ şəbəkəsinə "Celas Trade Pro" zərərverici tətbiq yükləyiblər.

Belə ki, xakerlər treyderlərə e-mail göndərərək həmin tətbiqi yükləməyi təklif ediblər. İstifadəçi tətbiqi yükləyəndən sonra kompüter "Fallchill" troyanı ilə yoluxub. Beləliklə, xakerlər treyderin məlumatlarını əldə edib, onun kriptovalyutalarını ələ keçirməyə nail olublar.

Qeyd edək ki, "Lazarus" xaker qrupu bundan öncə "Sony Pictures" serverlərinə hücum edib və Banqladeş Mərkəzi Bankından 81 mln. dollar pul oğurlayıblar.

Son xəbərlər

Orphus sistemi