Yuxarı

​Silikon vadisinin investorları Azərbaycanın İKT sektoruna sərmayə qoymaq istəyir

Görüşdə investorlar tərəfindən irəli sürülən təkliflərin müvafiq qurumlarla müzakirələrdən sonra dəyərləndirilməsi qərara alınıb

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dünyanın ən nəhəng texnoloji mərkəzi hesab edilən ABŞ-ın Silikon vadisində yerləşən biznes-inkubator - Qlobal Vençur Alyansının (GVA) prezidenti Məhəmməd Musayev və “Global Catalyst Partners” (GCP) şirkətinin sədri və həmtəsisçisi, vençur kapitalı sərmayədarı Kamran Elahian ilə görüşüb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat daxil olub.

Məlumata görə, görüşdə Alyansın missiyası informasiya texnologiyalarının səmərəli tətbiği ilə insanların həyatının daha da yaxşılaşdırılması, startapların aşkarlanması və inkişafına dəstək verilməsi olduğu deyilib.

ABŞ, Yaponiya, Çin, Hindistan, İsrail kimi ölkələrdə iqtisadi inkişafın təmin edilməsinə yönələn müxtəlif innovativ ideya və layihələrin gerçəkləşməsinə dəstək verdiklərini bildirən K.Elahian bu baxımdan Azərbaycanın da maraq doğurduğunu, həmçinin ölkəmizə sərmayə qoymaq niyyətində olduqlarını bildirib.

Görüşdə investorlar tərəfindən irəli sürülən təkliflərin müvafiq qurumlarla müzakirələrdən sonra dəyərləndirilməsi qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi