Yuxarı

Şifahi nitqi yazıya çevirən “Dilmanc İmla” proqramı təkmilləşdirilib

“Dilmanc İmla” proqramının yeni versiyası çıxıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində hazırlanan “Dilmanc İmla” proqramının yeni versiyası çıxıb.

“Report” nazirliyə istinadən bildirir ki, tamamilə ödənişsiz yayılan “Dilmanc İmla” proqramı şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir.

Proqramın yeni versiyası şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır. Layihədən verilən məlumata görə, bütün nitqin tanınması sistemləri şifahi danışığı yazıya çevirərkən durğu işarələrinin harada olması, nitqə qulaq asaraq hansı sözün böyük hərflə yazılmalı olduğundan məlumatsız olurlar. Problemi həll etmək üçün internetdə bütün azərbaycandilli saytlardakı mətnlər köçürülərək maşın öyrənməsi alqoritmləri ilə analiz edilib, durğu işarələrinin yerini və xüsusi isimləri avtomatik müəyyən edən statistik modellər yaradılıb.

“Dilmanc İmla” proqramını ödənişsiz olaraq “Android” və “iOS” telefonlarına yükləmək mümkündür. Daha sonra layihənin saytından (dilmanc.az/dilmanc-imla) kompüterə əlaqələndirici proqram yükləmək lazımdır. Bu proqramda göstərilən kodu telefona daxil etdikdən sonra, telefona deyilən şifahi nitq avtomatik olaraq mətnə çevrilib kompüterdə yazılır və klaviaturada yazmağa ehtiyac qalmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi