Yuxarı

Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib

Səhiyyə Nazirliyi tərəfindən portal üzərindən təqdim olunan elekron xidmətlərin sayı 33 olub

Bakı. 21 iyul. REPORT.AZ/ “Elektron Hökumət” portalına daha bir xidmət əlavə olunub. Səhiyyə Nazirliyinin “Həkim axtarış sistemi” elektron xidməti portala inteqrasiya edilərək vətəndaşların istifadəsinə verilib.

"Report" "Elektron Hökumət" portalına istinadən bildirir ki, vətəndaşlar bu elektron xidmət vasitəsilə asanlıqla həkimlərin işlədiyi müəssisə, onların vəzifəsi, təhsili, əlaqə nömrəsi və s. barədə məlumatları əldə edə biləcəklər.

Bunun üçün “Elektron Hökumət” portalında Səhiyyə Nazirliyinin elektron xidmətləri arasından “Həkim axtarış sistemi” elektron xidmətini seçib həkimin adı, soyadı, ixtisası, işlədiyi şəhər və ya rayon barədə məlumatları daxil etmək lazımdır.

Qeyd edək ki, vətəndaşlar bu xidmətdən autentifikasiyadan keçmədən yararlana bilərlər.

Beləliklə, Səhiyyə Nazirliyi tərəfindən portal üzərindən təqdim olunan elekron xidmətlərin sayı 33 olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi