"Samsung" smartfon bazarında liderliyi ələ alıb

"Samsung" smartfon bazarında liderliyi ələ alıb Telefon satışında "Apple" ikinci sıraya düşüb
İKT
1 May , 2015 11:01
Samsung smartfon bazarında liderliyi ələ alıb

Bakı. 1 may. REPORT.AZ/ Cənubi Koreyanın "Samsung" şirkəti telefon istehsalı sahəsində qlobal bazarda istehsalın həcminə görə bütün rəqiblərini geridə qoyub. “Report” Türkiyə mediasına istinadən xəbər verir ki, 2014-cü ildə dünyanın “ən böyük ağıllı telefon istehsalçısı” adını əldən verən "Samsung" cari ilin ilk rübündə yenidən liderliyə yüksəlib. 

Araşdırma şirkəti olan "Strategy Analytics"in məlumatına görə, "Samsung" 2015-ci ilin ilk üç ayında 24,1%-lik payı ilə qlobal smartfon bazarının lideri olub. Bu dövrdə şirkət 83,2 mln. telefon satışı həyata keçirib.

Əvvəlki lider - "Apple" şirkəti isə 61,2 mln. ədəd smartfon istehsal edərək 17%-lik bazar payı ilə "Samsung"dan geri qalıb. Rəqibləri 18,8 mln.-luq satışla "Lenovo-Motorola" və 17,3 mln. ədəd telefon satan Çinin "Huawei" şirkəti izləyir.

Son xəbərlər

Orphus sistemi