"Samsung" Koreyada "Galaxy Note 7"nin satışını bərpa edib

"Samsung" Koreyada "Galaxy Note 7"nin satışını bərpa edib Sifarişlərin sayının çox olması səbəbilə artıq ilk gündə 16 min mobil telefon satılıb
İKT
1 Oktyabr , 2016 11:02
Samsung Koreyada Galaxy Note 7nin satışını bərpa edib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Məşhur elektronika istehsalçısı "Samsung Electronics" "Galaxy Note 7" smartfonlarının satışını Koreya Respublikasında bərpa edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, sifarişlərin sayının çox olması səbəbilə artıq ilk gündə 16 min mobil telefon satılıb. Sahə analitiklərin proqnozlarına görə, gələcəkdə satış həcmi gündə təxminən 20 min smartfon təşkil edəcək.

Xatırladaq ki, "Samsung" şirkətinin "Galaxy Note 7" smartfonlarının ilk satış kampaniyası uğursuz olub. Belə ki, cihazın batareyasının kortəbii partlayışlar yaratması nəticəsində şirkət smartfonları geri çağırıb. Bunun da nəticəsində sentyabr ayında "Samsung", hesablamalara görə, azı 1 milyard dollar dəyərində ziyana qatlaşıb.

Qeyd edək ki, daha əvvəl də şirkətdən verilən məlumata görə, ABŞ da daxil olmaqla digər ölkələrdə satışın bərpası bazarların regional xüsusiyyətlərindən asılı olacaq.

Son xəbərlər

Orphus sistemi