Yuxarı
    Bağlamaq

    ​“Samsung” “Galaxy A8”in istehsalına başlayıb

    Telefonun ilkin istehsalda ağ və qızılı rəngləri bazara çıxarılacaq

    Bakı. 22 iyul. REPORT.AZ/ Cənubi Koreyanın texnologiya şirkəti “Samsung Electronics”dən verilən açıqlamaya görə, şirkətin bu günə qədər istehsal etdiyi ən incə ağıllı telefonu “Galaxy A8” üçün ilkin sifarişlərin qəbulu başlanıb.

    “Samsung”un orta seqment üçün istehsal etdiyi “Galaxy A8”in gövdəsinin qalınlığı 5.9 mm və çəkisi 151 qram. Snapdragon 615 prosessoru (1.5GHz) və Adreno 405 GPU-sundan gücünü alan telefon, 2 GB RAM ilə birlikdə gəlir. 5.7 düymlük Super AMOLED ekran isə Full HD görüntü təqdim edir. 16 GB və 32 GB variantlı daxili yaddaşlı telefonun tutumu 128 GB-lıq microSD ilə artırıla bilər. “Samsung”un 3050mAh tutumlu batareyalı ən incə ağıllı telefonu uzun istifadə ömrü vəd edir.

    Telefonun arxa kamerası f/1.9 diafraqma dəyərindəki 16 megapiksel, ön kamerası isə 5 megapiksel görüntü dəqiqliyinə sahibdir. Kamera ağıllı telefonun “Home” düyməsi vasitəsilə aktiv edilə bilir.

    Android 5.1 əməliyyat sisteminə sahib olacağı bildirilən ağıllı telefonun aktual TouchWiz interfeysi ilə gəlməsi gözlənilir. Modelin ön sifariş qiyməti isə 649 min Won (564 dollar) olaraq təyin olunub. “A8”in ilk olaraq ağ və qızıl rənglərində bazara çıxarılacağı bildirilib, gələcəkdə qara rəng variantının da olacağı qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi