Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aparılan təkmilləşdimə işləri ilə əlaqədar abunəçilər bir sıra problemlər yaşayacaq.
“Report” şirkətin məlumatına əsasən bildirir ki, təkmilləşdirmə işləri ilə əlaqədar mayın 1-də bəzi xidmətlərin istifadəsində və əməliyyatların həyata keçirilməsində müvəqqəti çətinliklər yaranacaq.