Yuxarı

Nazir müavini: "SAZZ-ın mobil operator kimi fəaliyyətə başlayacağına dair nazirliyə müraciət edilməyib"

İltimas Məmmədov məsələ ilə bağlı yayılan məlumatların doğru olmadığını deyib

Bakı. 21 oktyabr.REPORT.AZ/ Mobil operatorlar bazarına mobil xidmətlər göstərəcək yeni şirkətin daxil olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu "Report"un suallarını cavablandıran rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov deyib.

"Yeni mobil operatorun bazara daxil olması ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi müraciət edilməyib. Ona görə də, bu barədə yayılan məlumatlar doğru deyil",- deyə İ. Məmmədov əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda KİV-də "AzQtel" MMC-nin SAZZ əmtəə nişanı adı altında 5-ci mobil operatorunun bazara daxil olacağı ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, bu günlərdə yayılan digər bir məlumata görə, dördüncü mobil operator kimi daha bir şirkət - "Delta Telecom" telekommunikasiya operatoru da ən müasir 4G texnologiyası əsasında xidmət göstərməyi nəzərdə tutub. Şirkət mobil infrastrukturu uzun müddətdən bəri əməkdaşlıq etdiyi "Alcatel-Lucent", "Ericson" və digər istehsalçı şirkətlərlə birlikdə 2.4 GHz tezlik diapozonunda quracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi